Trevis Skott | |
---|---|
ing. Travis Scott | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jacques Bermon Webster II[6][2] |
Ləqəbi |
|
Doğum tarixi | 30 aprel 1991[1][2] (33 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 2008-ci ildən |
Janrlar | hip-hop[d], trep, psixodelik musiqi[d], pop rep[d], pop musiqisi, müasir R&B[d], psixodelik rok, psixodelik rep[d], alternativ hip-hop, alternativ R&B[d] |
Musiqi alətləri | zərb aləti maşını[d], sintezator, sempler[d] |
Albom şirkətləri | Grand Hustle Records[d], Epic Records, Cactus Jack Records[d][5], GOOD Music[d] |
Təhsili | |
travisscott.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991[1][2], Hyuston, Texas, ABŞ[2]) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur.[7]
Trevis Skott 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"-nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 cərgəsində 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə çıxıb. Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" bu albomun ən uğurlu treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" adlanan kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə o, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"-nı yayımlayıb.
Trevis Skott Nike, Dior və McDonald's kimi şirkətlərlə tərəfdaşlıq edib. 2017-ci ildə "Cactus Jack" adlı leybl şirkətinin əsasını qoyub. Don Toliver və Sheck Wes kimi sənətçilər bu şirkətlə müqavilə imzalayıblar. 2021-ci ilin noyabrında Trevis Skottun Hyustonda baş tutan "Astroworld" festivalı faciə ilə nəticələnib. Konsert zamanı yaranan izdihamda 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Trevis bu hadisəyə görə tənqidlərlə üzləşib. O, konserti dayandırmağa cəhd etməməkdə ittiham olunub.[8][9][10]